Keçmiş arvadını boğaraq öldürən kişiyə 16 il iş verildi
19:00 01 Noyabr 2021
Tərtərdə keçmiş arvadını boğaraq öldürməkdə təqsirləndirilən Səlim Əsədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Femida.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Əsədov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 6-da rayonun Şıxarx qəsəbə sakini Tağıyeva Röyalə Mirzə qızının yaşadığı evdə öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Tərtər rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla zərərçəkmişin keçmiş əri Əsədov Səlim Bəhrəm oğlunun Röyalə Tağıyevanın yaşadığı evə daxil olaraq sonuncunu heç bir əsaslı səbəb olmadan boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Səlim Əsədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyətilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Femida.az
Oxunub: 19900
Oxşar xəbərlər
- Keçmiş məhkum Bakı sakininin bank hesabından 800 manat oğurlayıb
- Keçmiş SSRİ-nin tanınmış aktyoru vəfat edib
- Keçmiş bələdiyyə sədri zəhərlənmədən ölüb
- Keçmiş məhkumlardan kimlərə birdəfəlik müavinətin verildiyinə aydınlıq gətirilib
- Keçmiş müdafiə naziri Yaponiyanın yeni XİN rəhbəri olacaq
- Keçmiş SSRİ-nin tanınmış aktrisası itkin düşüb
- Keçmiş icra başçısının türmədə ölüm səbəbi açıqlandı
- Keçmiş arvadını qətlə yetirən şəxsin cinayət işi məhkəməyə göndərilib
- Keçmiş məhkum 800 manatlıq viski oğurladı
- Keçmiş məhkumun evindən "Kalaşnikov" tapıldı