ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana gedir


11:37     02 Noyabr 2021 2021/11/6FCAF032-CA7D-4959-AFC2-894E61DB442B_1635839674.png

ABŞ dövlət katibinin Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə köməkçisinin müavini Erika Olson Ermənistana səfər edəcək.

Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd olunur ki, Olson ABŞ-ın Cənubi Qafqazdakı missiya rəhbərlərinin noyabrın 2-4-də İrəvanda keçiriləcək konfransında iştirak edəcək. Tədbirdə ABŞ-ın Azərbaycandakı, Ermənistandakı və Gürcüstandakı Li Lizenberger, Lin Treysi, Kelli Deqnan, eləcə də Qafqaz üzrə danışıqlarda baş məsləhətçi Endryu Şofer, USAİD-in Vaşinqton ofisinin direktor müavini Aleksandr Sokolovski iştirak edəcəklər.

“Biz şadıq ki, Vaşinqtondan və regiondan olan həmkarlarımızla uzunmüddətli görüşlər ənənəsini bərpa edə, regionun hər üç ölkəsi ilə işin daha yaxşı əlaqələndirilməsinə imkan verəcək fikir, məlumat mübadiləsi apara bilirik”, - açıqlamada deyilir.

Konfrans iştirakçıları Ermənistan hökuməti və vətəndaş cəmiyyətinin nümayəndələri ilə də görüşlər keçirəcəklər. ABŞ-ın Cənubi Qafqazdakı nümayəndəlik rəhbərlərinin əvvəlki konfransları Bakıda (2019) və Tbilisidə (2018) keçirilib.

Femida.az

Açar sözlər: #ABŞ   #Səfirlər   #Görüş    

Oxunub: 653