İmişlidə 11 yaşlı qızı zorlayan şəxs həbs edilib


12:11     02 Noyabr 2021 2021/11/879FC638-1A50-4359-9C53-064C7406C221_1635840677.jpeg

İmişli rayonunda 11 yaşlı qızı zorlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, İmişli rayon sakini, 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı - 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam edir.

Femida.az

Açar sözlər: #Həbs    

Oxunub: 599