Sabahın hava proqnozu açıqlanıb


14:28     02 Noyabr 2021 2021/11/F0AC9FC5-C08A-4525-9CCF-299FA1B09757_1635849384.jpeg

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 11-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.


Femida.az

Açar sözlər: #ETSN   #Hava    

Oxunub: 1325