Polşada Ukrayna peyvəndinin sınaqlarına başlanılıb


09:25     03 Noyabr 2021 2021/11/4E22CEF2-CE86-408E-9067-BB7C3E02E492_1635919291.jpeg

Polşanın Qdansk laboratoriyasında koronavirusa qarşı Ukrayna peyvəndinin sınaqlarına başlanılıb, onun tablet və ya sprey formasında buraxılması planlaşdırılır.

Femida.az xəbər verir ki, bu barədə “Ukrayna-24” telekanalı məlumat yayıb. Peyvəndi Ukrayna Milli Elmlər Akademiyasının Lvov Hüceyrə Biologiyası İnstitutunun alimləri hazırlayıb. Layihənin rəhbəri akademik Andrey Sibirndir.

Onun sözlərinə görə, peyvənd xeyli ucuz başa gələcək. Peyvənd hazırda siçanlar üzərində sınaqdan keçirilir. Əsas diqqət sözügedən peyvəndin sprey formasında olmasına yönəlib.


Femida.az

Açar sözlər: #Polşa    

Oxunub: 3930