Artsrun Nağılbaz yeni vəzifəyə qoyulacaq


13:49     03 Noyabr 2021 2021/11/BB1E4325-CD7E-45F7-9FB6-62A0847E696D_1635934810.png

Erməni mətbuatı 44 günlük Qarabağ müharibəsinin birinci ildönümü ərəfəsində hakimiyyətin erməni xalqına yeni sürpriz hazırladığını yazıb. Sürpriz isə Ermənistan müdafiə nazirliyinin keçmiş sözçüsü Artsrun Ovannisyana tezliklə parlamentdə yeni vəzifə veriləcəyindən ibarətdir.

Femida.az erməni mediasına istinadən xəbər verir ki, Ovannisyan Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizlik və daxili işlər üzrə daimi komissiyasının eksperti təyin olunması barədə rezonans doğuracaq sərəncam imzalanıb. Bundan başqa, onun 44 günlük müharibənin detallarını araşdırılması üçün yaradılacaq komissiyanın işinə qatılacağı da istisna edilmir.

Müharibənin ilk günündən Ermənistanın təslimçilik aktını imzalayan ana qədər erməni ordusunun cəbhədə qazandığı uğurları barədə saysız-hesabsız nağıllar uyduraraq, erməni xalqını aldadan Arstrun Ovannisyanın yeni vəzifəyə təyinat alması xəbəri cəmiyyətdə sözün əsl mənasında şok effekti yaradıb.

Ona müraciət edən jurmalistlərə “Mən sizin xəbəri şərh etmirəm” cavabını verən Artsrun Nağılbaz yayılmış məlumatı nə təsdiq, nə də təkzib edib.


Femida.az

Açar sözlər: #Ermənistan   #Ovannisyan    

Oxunub: 526