Azərbaycanda tranzit daşımalara görə rezidentlərin ödəmələri vergiyə cəlb olunmayacaq


15:28     03 Noyabr 2021 21_11_03_1635937809.jpg

Azərbaycandan kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və yaxud sahibkarın ödəmələri vergiyə cəlb olunmayacaq.

Femida.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Hazırda qüvvədə olan Məcəlləyə görə isə, yalnız Azərbaycanla digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və yaxud nəqliyyat xidmətləri üçün rezident müəssisənin və yaxud sahibkarın ödəmələri 6% dərəcə ilə vergiyə cəıb olunur.

Açar sözlər:

Oxunub: 1234