Koronavirusa görə bağlanan gimnaziyada əyani tədris bərpa edilib


18:59     03 Noyabr 2021 21_11_03_1635950070.jpg

Təhsil Nazirliyinin tabeliyindəki Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında əyani tədris bərpa edilib.

Bu barədə Femida.az-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Qeyd edək ki, ötən ay Gimnaziyanın bir neçə şagird və müəlliminin COVID-19 testi pozitiv çıxıb. Buna görə də gimnaziyada tədrisin oktyabrın 14-dən etibarən 14 gün müddətinə distant təşkil edilməsinə qərar verilib.

Açar sözlər:

Oxunub: 1282