Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var


20:32     03 Noyabr 2021 21_11_03_1635957165.jpg

Bakı-Qazax avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Düyərli kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1118