Dünyada koronavirusla bağlı son statistika
09:58 04 Noyabr 2021
Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 484 minə yaxın olub.
Femida.az pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 483 min 858 nəfər yeni koronavirusa yoluxub, 7 min 799 nəfər isə pandemiyanın qurbanı olub. Bununla da yoluxanların ümumi sayı 248 milyon 797 min 893, ölənlər isə 5 milyon 36 min 664 nəfərə çatıb.
Ötən sutka ərzində virusa ən çox yoluxma halı (75 min 639 nəfər), həm də bu xəstəlikdən ölüm faktı (1436 nəfər) ABŞ-da qeydə alınıb.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (47,1 milyon), Hindistan (34,3 milyon), Braziliya (21,8 milyon), Böyük Britaniya (9,1 milyon), Rusiya (8,6 milyon), Türkiyə (8,1 milyon) və Fransada (7,1 milyon) qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.
Femida.az
Oxunub: 928
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycan dünyada koronavirusla mübarizədə ön sıralarda qərarlaşıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib
- Azərbaycanda son sutkada 373 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda son sutkada 399 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb
- Azərbaycanda daha 306 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib
- Azərbaycanda daha 333 nəfər koronavirusa yoluxub