Abşeronda sərnişin avtobusu yanıb


19:46     04 Noyabr 2021 21_11_04_1636040821.jpg

Abşeron rayonunda təmirə dayanan “Iveco” markalı sərnişin avtobusunun salon hissəsi yanıb.

Bu barədə Femida.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Yüksək temperaturdan yaxınlıqda dayanan “МАЗ” markalı avtokranın güzgüsü və sol qapısı qarsalanıb. Hər iki avtomobilin qalan hissəsi və digər avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Açar sözlər:

Oxunub: 784