Azərbaycan və Səudiyyə Ərəbistanı bərpa olunan enerji resurslarını müzakirə edib


20:47     04 Noyabr 2021 21_11_04_1636044117.jpg

İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşüb.

Femida.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

"Səudiyyə Ərəbistanının su və enerji layihələri üzrə ixtisaslaşmış “ACWA Power” şirkəti ilə görüşümüzdə Azərbaycanın zəngin bərpa olunan enerji resurslarına malik olduğunu vurğuladıq, külək elektrik stansiyalarının tikintisi, suyun duzsuzlaşdırılması və digər məsələlərlə bağlı fikir mübadiləsi apardıq", - o qeyd edib.

Açar sözlər:

Oxunub: 710