Dənizdə külək enerjisi potensialına dair yol xəritəsi hazırlanır
09:45 05 Noyabr 2021
“Azərbaycan hökuməti dənizdə külək enerjisi potensialından istifadə üzrə yol xəritəsini Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə birlikdə hazırlayır”.
Bunu Femida.az -a açıqlamasında energetika naziri Pərviz Şahbazov bildirib. Onun sözlərinə görə, yol xəritəsinin hazırlanmasına müvafiq mütəxəssislər qoşulub:
"Bu, hərtərəfli yol xəritəsi olacaq. Əsas məqsəd ondan ibarətdir ki, Xəzər dənizindəki külək enerjisi potensialından istifadənin mümkünlüyünü müəyyən edək. Bu, həm iqtisadi, həm də texniki nöqteyi nəzərdən lazımdır. Həmçinin bu iş kommersiya nöqteyi nəzərdən cəlbedici olmalıdır ki, müvafiq investisiya layihələri bu istiqamətdə həyata keçirilə bilsin", - o deyib.
Qeyd edək ki, yol xəritəsi geoməkan və iqtisadi təhlilləri, xərclərin modelləşdirilməsini, tədarük, infrastruktur, sosial və ekoloji əlaqələr zəncirinin qiymətləndirilməsini əhatə edəcək.
IFC yol xəritəsini Böyük Britaniyanın “BVG Associates” (BVGA) şirkəti və Azərbaycan hökuməti ilə birgə hazırlayır. Bu araşdırma Azərbaycanın dənizdə külək enerjisinin inkişafı üçün ən yaxşı yerlərin müəyyən edilməsinə yönəlib. Qeyd edək ki, Azərbaycanın dənizdə külək enerjisinin potensialı 157 qiqavatt səviyyəsində qiymətləndirilir.
Femida.az
Oxunub: 529
Oxşar xəbərlər
- Kimlərə dənizdə çimmək qətiyyən olmaz? – Boğula bilərsiniz
- Xəzər dənizində batan gəncin meyiti tapılıb
- Bakıda dənizdə 7 yaşlı qız nənəsinin gözləri qarşısında boğulub
- Xaçmazda 23 yaşlı gənc dənizdə batıb
- Rusiya bu gün Kiyevi Xəzər dənizindən ən bahalı raketi ilə atəşə tutub
- BDU kollecinin tələbəsi dənizdə boğulub
- Yevlax sakini Bakı bulvarında özünü dənizə atıb
- NATO Baltik dənizi regionunda təlimlər keçirəcək
- Bakıda sərxoş kişi dənizə düşüb
- Xəzər dənizində zəlzələ olub