Ermənistanda son sutkada virusdan 50 nəfər ölüb


11:57     05 Noyabr 2021 2021/11/8B3ADD05-0514-438B-BC46-35B154623030_1636104841.jpeg

Ermənistanda son sutka ərzində daha 1835 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Femida.az“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 316 839 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 50 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 6582-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1323 nəfərdir. Aktiv xəstələrin sayı 32 069 nəfər təşkil edir.


Femida.az

Açar sözlər: #Ermənistan   #Virus    

Oxunub: 4028