"İmzalanacaq sülh müqaviləsində Zəngəzur dəhlizi əksini tapmalıdır" - Binəli Yıldırım


09:47     06 Noyabr 2021 2021/11/BBB0D4AC-DA05-44A4-9537-577215B12528_1636177678.jpeg

Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin yaradılması üçün geniş üfüqlər açılır. Femida.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Qarabağdakı bəzi bölgələrdə yerləşdirilməsi Moskva qarşısında yeni məsuliyyətlər qoyur:

"Laçın dəhlizinin istifadəsində problemlər axtarır. Bəzən hansısa provikasiyalara şahidlik edirik. Zəngəzur dəhlizi tezliklə açılmalıdır. Orada işlər tez zamanda başlamalıdır. İmzalanacaq sülh müqaviləsində də bu əksini tapmalıdır".

B.Yıldırım qeyd edib ki, Türkiyə münaqişəsinin həllində regional ölkələrlə gərgin iş aparır: "Biz yeni platforma - Azərbaycan, Rusiya, Gürcüstan, Ermənistan, Türkiyə, İran arasında əməkdaşlıq təklif edirik. Bu platformanın həyata keçirilməsi regiona çiçəklənmə, inkişaf gətirəcək. Münaqişənin bitməsinə Türkiyə səy göstərib. Bu regionun bir tərəfdən Mərkəzi Asiyaya, digər tərəfdən Avropaya bağlanmasına çalışılır".

Femida.az

Açar sözlər: #Zəngəzur    

Oxunub: 421