"Azərbaycanın sülh təklifinə heç kim qarşı çıxmalı deyil" - Türkiyənin keçmiş Baş naziri


10:12     06 Noyabr 2021 2021/11/43DE7994-CDA4-4172-95D7-F5A014A064C8_1636187808.jpeg

Münaqişənin başa çatması ilə Ermənistanın Azərbaycanla ikitərəfli əkdaşlığı üçün fürsət yaranacaq. Azərbaycan Ermənistana sülh müqaviləsi təklifi irəli sürüb. Ermənistan bunu düzgün dərk edib imza atmalıdır. Heç kim buna qarşı çıxmalı deyil və hər kəs məsuliyyəti anlamalıdır.

Femida.az xəbər verir ki, bunu Türkiyənin keçmiş Baş naziri Binəli Yıldırım VIII Qlobal Bakı Forumunun "Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər" panel müzakirələrində çıxışı zamanı deyib. O bildirib ki, regionun taleyüklü məsələlərində iştirak etmək Ermənistanın faydasınadır:

"Söz, vəd verməklə bu iş bitməz. Qarşılıqlı anlayış zəminində Cənubi Qafqazın potensialını birlikdə inkişaf etdirməliyik və xalqlar bundan bəhrələnməlidir. Türkiyənin iradəsi və gücü var ki, bu prosesə lazımi töhfələr versin".

Femida.az

Açar sözlər: #Qafqaz   #Türkiyə    

Oxunub: 421