Yaxın illərdə su altında qalacaq şəhərlər məlum olub
09:38 07 Noyabr 2021
Yaxın illərdə su altında qalacaq şəhərlər məlum olub“The India Times” 2030-cu ildə su altında qalaraq Yer üzündən yox ola biləcək şəhərlərin siyahısını hazırlayıb.
Femida.az xəbər verir ki, siyahı “Climate Central” iqlim təşkilatının xəritəsindən alınan məlumatlar əsasında tərtib edilib. Siyahıda birinci yerdə Amsterdam qərarlaşıb. Siyahı müəlliflərinin fikrincə, niderlandlıların daşqından qorunmağı öyrənmələrinə baxmayaraq, şəhər qlobal istiləşmə nəticəsində su altında qalacaq.
Siyahıda ikinci yerdə İraqın Bəsrə şəhərinin adı yer alıb. Şəhər Fars körfəzinə tökülən Şatt əl-Ərəb çayı üzərində yerləşir. Bəsrə 2030-cu ilə qədər qismən və ya tamamilə su altında qala bilər.
Üçüncü şəhər bənd sisteminə baxmayaraq, iqlim dəyişikliyi ilə üzləşə bilən Yeni Orleandır. Siyahını tərtib edənlər yox olacaq 4-cü şəhər kimi 118 adada yerləşən və ildə iki millimetr su altında qalan Venesiyanın adını qeyd ediblər.
Siyahıda eləcə də Xoşimin və Kəlküttə şəhərlərinin də adları var.
Qeyd edək ki, daha əvvəl qlobal istiləşmə və dəniz səviyyəsinin qalxması səbəbindən Kiribatinin, Tuvalunun və Marşal adaları kimi ölkələrin su altında qala biləcəyi məlum olub. Bununla yanaşı, təbii fəlakətlərin artması problemləri artıq insanların həyatını və kənd təsərrüfatını təhdid edir.
Femida.az
Oxunub: 653
Oxşar xəbərlər
- Yaxın iki gün ərzində temperatur yüksələcək, külək əsəcək
- Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək
- Yaxın iki gündə Bakıda hava şəraiti bir qədər mülayimləşəcək
- Yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb
- Yaxın vaxtlarda Azərbaycan-Pakistan Birgə Komissiyasının iclası keçiriləcək
- Yaxın həftələrdə bütün məktəblərin distant tədrisə keçməsi planlaşdırılmır
- Yaxın vaxtlarda Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək
- Yaxın günlərdə havanın keyfiyyətinin əlverişli olacağı gözlənilir
- Yaxın günlərdə ali məktəblərə ərizələrin qəbuluna başlanılacaq
- Yaxın günlərdə 190 manat ödənişləri olacaq