Alimlər koronavirusla mübarizədə kömək edə biləcək gözlənilməz vasitəni aşkarlayıblar
10:42 07 Noyabr 2021
Şotlandiyanın Aberdin və Misirin Süveyş Kanalı universitetlərinin alimləri araşdırma apararaq müəyyən ediblər ki, əqrəb zəhəri koronavirusun yeni ştammları ilə mübarizədə faydalı ola bilər.
Femida.az xəbərinə görə, bu barədə təhsil müəssisələrindən birinin saytında dərc olunmuş press-relizdə məlumat verilib.
Mütəxəssislərin fikrincə, əqrəb zəhərinin tərkibində bioloji aktiv peptidlərdən ibarət “möcüzəli kokteyl” var ki, onlardan bəziləri virus əleyhinə güclü təsir göstərir. Alimlər güman edir ki, onlar COVID-19-a qarşı yeni dərmanların əsasını təşkil edə bilər.
"Artıq əmin olduq ki, onların tərkibində son dərəcə güclü bioloji aktiv peptidlər var və bizi daha çox yeni kəşfləri gözlədiyini güman edirik", - tədqiqatın müəlliflərindən biri, doktor Vael Hüseyn deyib.
Femida.az
Oxunub: 571
Oxşar xəbərlər
- "COVID-19-la əlaqədar neqativ dinamika var, maskalardan istifadə edin!" - RƏSMİ
- Azərbaycanda COVID-19 peyvəndinin effektivliyi üzrə tədqiqatın II mərhələsi başlayıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı açıqlanıb
- COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
- ÜST: COVID-19 sonuncu pandemiya olmayacaq
- Azərbaycanda daha 270 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat edib
- Sabirabadda COVID-19 xəstəsi barədə araşdırmalara başlanılıb
- Cəlilabadda ictimai yerlərdə aşkarlanan COVID-19 xəstələri barədə araşdırma aparılır
- Ucarda qaydaları pozan COVID-19 xəstələri barədə araşdırma aparılır