Bakıda metroların hərəkəti və stansiyaların işi avtomatlaşdırılacaq
11:22 07 Noyabr 2021
Gələcəkdə Bakı metropolitendə hərəkətin təşkili və idarəolunmasında müasir CBTC və SCADA proqram-alət kompleksinin tətbiqinə üstünlük veriləcək. Bu sistemlərin, eləcə də rəqəmsal mobil rabitənin qlobal standartlı texnologiyalarına (GSM) əsaslanan TETRA sisteminin tətbiqi qatarların hərəkətinin idarəsini və stansiyaların işinin təşkilini avtomatlaşdıracaq. Hazırda proqram çərçivəsində yeni Bənövşəyi xətdə və “Nərimanov” elektrik deposunda “ox sayğacı” bazasında sistemin tətbiqi üzrə əsaslı addımlar atılıb və gələcəkdə bu işlər mövcud xətlərdə də davam etdiriləcək.
Bakı Metropolitetinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, yarım əsrdən artıq bir istismar dövrü yaşayan metropoliteninin havalandırılması, stansiyalarda iqlim şəraitinin normallaşdırılması üzrə işlərin səmərəsi son 8 ildə daha yüksək vüsət alıb. Sistemin özündə təkmilləşdirici tədbirlər görülüb, iş rejimi daha da optimallaşıb, istismar müddətini başa vurduğuna görə faydalı iş əmsalını itirmiş qurğular yenilənib. Elə son iki ildə 17 belə ventilyator yenisi ilə əvəzlənib.
Stansiyalarda sərnişin axınının təşkilində əhəmiyyətli rolu olan eskalatorlаrın demək olar ki, 80 faizdən artığı artıq yenilənib. Sovet dönəmi eskalatorları Almaniyanın “Thyssen Krupp” şirkətinin müasir nümunələri ilə əvəz edilib.
Femida.az
Oxunub: 511
Oxşar xəbərlər
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Metroda küt alətlə insanları hədələyən şəxs saxlanılıb
- Bakı metrosunda qatarda nasazlıq yaranıb
- Bakı metrosunda pis qoxu səbəbindən sərnişinlər təxliyə edilib
- Bakı metrosunda sərnişin vəfat edib
- "Bakı Metropoliteni"nin Elektrik Təchizatı Xidmətinin rəisi dəyişib
- Bakı metrosunun iki yeni stansiyasında tikinti işləri gedir
- Bakı metrosu bu il alacağı yeni qatarları avqustda xəttə buraxacaq
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- "Ulduz" metrostansiyasının yaxınlığında yanğın başlayıb