Şimali Koreya artilleriya təlimləri keçirib
15:12 07 Noyabr 2021
Koreya Xalq Demokratik Respublikası (KXDR) müdafiəsini gücləndirmək üçün artilleriya təlimləri keçirib.
Femida.az xarici mətbuata istinadən xəbər verir ki, Pxenyan Vaşinqton və Seulu ona qarşı düşmənçilik siyasətindən əl çəkməyə çağırmaqda davam edir.
Təlimlər çərçivəsində mexanikləşdirilmiş birləşmələr arasında artilleriya atəşi yarışı keçirilib.
Artıq iki ildir nüvə danışıqlarında iştirak etməyən Şimali Koreya ABŞ-Cənubi Koreyanın avqust ayında keçirdiyi birgə hərbi təlimləri təhdid kimi qəbul edib və raket sınaqlarının tezliyini artırıb.
KXDR Xarici İşlər Nazirliyi bildirib ki, raket sınaqları keçirməklə ölkə özünü müdafiə etmək üçün qanuni hüququndan istifadə edir.
Oxunub: 497
Oxşar xəbərlər
- Şimali Makedoniya prezidenti İlham Əliyevi təbrik edib
- Şimali Koreya iki raket sınağı həyata keçirib
- Şimali Kipr Türk Cümhuriyyətindən Azərbaycana DƏSTƏK
- Şimali Kiprdə təyyarə qəzaya uğrayıb - 2 nəfər ölüb
- Şimali Koreya Yaponiyanı raket atəşinə tutub
- Şimali Koreya Pompeonu ABŞ-la dialoqu pozmaqda günahlandırıb
- Şimali Koreya Yapon dənizinə 2 raket atdı
- Şimali Makedoniyanın yeni Prezidenti bəlli oldu
- Şimali Koreya XİN-in nümayəndələri Azərbaycana səfər edəcəklər
- Şimali Kipr prezidenti xəstəxanaya yerləşdirildi Əməliyyat olundu