Əfqanıstanda baş verən partlayışlarda ikisi polis olmaqla 3 nəfər ölüb


15:59     07 Noyabr 2021 21_11_07_1636282790.jpg

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətinin mərkəzi Cəlalabad şəhərində törədilən partlayışlar nəticəsində azı 3 nəfər həlak olub.

Femida.az xəbər verir ki, bu barədə yerli “Salam Vatandar” radiostansiyası məlumat yayıb.

Məlumata görə, şəhərin polis idarəsi yaxınlığında iki partlayış baş verib.

Partlayışdan sonra "Taliban"la Xorasandakı İslam Dövləti qruplaşmasının silahlıları arasında atışma başlayıb.

Məlumata görə, ölənlərdən ikisi polis əməkdaşıdır.

Açar sözlər:

Oxunub: 533