Bakıda mənzildə 63 yaşlı qadının meyiti tapılıb


20:30     07 Noyabr 2021 21_11_07_1636300357.jpg

Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Məmmədova Nərminə Fərman qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 368