Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib
11:34 08 Noyabr 2021
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 8 noyabr - Zəfər Günü münasibətilə paylaşım edib.
Femida.az -ın məlumatına görə, paylaşımda deyilir:
“Vətən müharibəsində əldə edilən şanlı Qələbənin birinci ildönümü münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Sözlə ifadə edə bilmədiyim, daxilimizdə, qəlbimizdə yaşayan hissləri bizə bəxş edən Uca Tanrıya şükürlər olsun. Hər bir azərbaycanlı bu Qələbəni gözləyirdi, hər bir azərbaycanlı haqlı olaraq bu Qələbə ilə fəxr edir!
Müzəffər Ordumuza, qəhrəman əsgər və zabitlərimizə, mərd və qorxmaz, hər zaman sözünün sahibi olan Prezidentimizə “çox sağ olun” deyirəm! Unudulmaz şəhidlərimizə Allah qəni-qəni rəhmət eləsin. Əyilməz iradəli, torpaq və ləyaqət uğrunda ölümə gedən övladlar böyütmüş ana və atalar qarşısında baş əyirəm. Azərbaycan xalqı, Azərbaycan vətəndaşı, gözün aydın, başın daim uca olsun!
Biz əl-ələ verib, çətin və şərəfli yolu birlikdə addımlayaraq Qələbə zirvəsinə ucalmışıq! Qalib xalq kimi birliyimizi və müstəqil Azərbaycanımızı qorumaq bizim müqəddəs borcumuzdur! Uca Tanrı Azərbaycan xalqını və Azərbaycanı qorusun!
Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN".
Femida.az
Oxunub: 634
Oxşar xəbərlər
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb
- Şuşada Bəyannamənin birinci ildönümünə həsr olunan beynəlxalq konfrans başlayıb
- “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı olub
- Şuşa və Ağdam şəhərlərinə may ayına olan biletlər satışa çıxarılıb
- Şuşada Dünya Azərbaycanlılarının V Qurultayı başlayıb, Prezident çıxış edir
- Ərdoğan Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qərar imzalayıb
- Baş qərargah rəisi qəfil Şuşa və Hadruta gedib