İranda ötən sutkada 140 nəfər koronavirusdan ölüb


15:47     08 Noyabr 2021 21_11_08_1636369678.jpg

İranda ötən sutka ərzində 140 nəfər koronavirusdan (COVID-19) ölüb.

Femida.az -ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 127 439 nəfərə yüksəlib.

İranda son 24 saat ərzində 8 341 nəfər COVID-19-a yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 5 996 155 nəfərə çatıb.

Açar sözlər:

Oxunub: 342