Hava şəraiti dəyişəcək, yağış, qar yağacaq, güclü külək əsəcək


18:16     08 Noyabr 2021 21_11_08_1636381017.jpg

Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, noyabrın 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Havanın temperaturu ötən günlərlə müayisədə 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək.

Havanın temperaturu noyabrın 11-də ötən günlərlə müayisədə 5-10° aşağı enəcək.

Qeyd edilib ki, bir daha dəqiqləşdirilmiş məlumat təqdim olunacaq.

Açar sözlər:

Oxunub: 509