İrəvanda Köçəryanın Paşinyan əleyhinə mitinqi başlayıb


19:25     08 Noyabr 2021 21_11_08_1636383517.jpg

İrəvanın Azadlıq meydanında Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” blokunun mitinqi başlayıb.

Femida.az -ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, mitinq müharibəyə son qoyan üçtərəfli bəyanatın imzalanmasının ildönümünə həsr olunub.

Müxalifət müharibədəki məğlubiyyətə görə hakimiyyəti ittiham edir.

Mitinqdə Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, “Vətən” partiyasının lideri Artur Vanetsyanın rəhbərlik etdiyi “Mənim şərəfim var” blokunun nümayəndələri də iştirak edir.

Açar sözlər:

Oxunub: 576