Kişini şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib pul tələb edən şəxs SAXLANILDI


21:54     08 Noyabr 2021 hebs.jpg

Qobustan qəsəbə sakini olan kişini hədələyən şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşları tərəfindən kişini şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib 400 manat pulunu almaqda şübhəli bilinən Bakı şəhər sakini O.Şəkərov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 933