Dünyada 45 milyon insan aclıqdan əziyyət çəkir


09:28     09 Noyabr 2021 2021/11/D071450E-4A87-4207-AFB1-3B11A5A35C93_1636436542.png

Birləşmiş Millətlər Təşkilatının Qida Agentliyi dünyanın 43 ölkəsində 45 milyona yaxın insanın aclıq təhlükəsi ilə üz-üzə qaldıöınl açıqlayıb.

Femida.az -ın məlumatına görə, bu barədə Ümumdünya Ərzaq Proqramının (WFP) açıqlamasında qeyd edilib. Bildirilib ki, ilin əvvəlində 42 milyonluq göstəricinin 3 milyon artması, əsasən, Əfqanıstanda aclıqla üzləşənləri qeydə alınması ilə bağlıdır.

"On milyonlarla insan uçurumun astanasındadır. Münaqişələr, iqlim dəyişikliyi və COVID-19 aclıqdan əziyyət çəkənlərin sayını artırır", deyə WFP İcraçı Direktoru Devid Bizli bildirib.

O əlavə edib ki, Ümumdünya Ərzaq Proqramının dəstəyi Əfaqnıstanda 23 milyon insanı əhatə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 687