Azərbaycanda vurulan birinci doza vaksinlərinin sayı 5 milyona çatır


18:12     09 Noyabr 2021 21_11_09_1636462625.jpg

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 11 197 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 376, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 5 752 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9 928 938, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 999 583, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 438 447, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 490 878 təşkil edir.

Açar sözlər:

Oxunub: 450