Qusarda yol qəzası baş verib


10:14     10 Noyabr 2021 2021/11/C0132E83-D844-4AAA-B696-600FC88F0270_1636527523.jpeg

Qusar rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Həsənqala kəndində qeydə alınıb. Avtomobil yolu keçən piyada, 1981-ci il təvəllüdlü İsmayılov Səxavət Sıxaydın oğlunu vurub.

Yaralı əvvəlcə Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona bəbənin müştərək, qapalı kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əzikləri diaqnozları qoyulub.

S.İsmayılov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Femida.az

Açar sözlər: #Qusar   Qəza    

Oxunub: 726