Rusiyada COVID-19-dan ölənlərin sayı 249 mini ötüb


12:11     10 Noyabr 2021 2021/11/0A4676EE-DDEA-4B38-972D-705C9F1BC8E5_1636534880.png

Rusiyada son sutkada koronavirusa yoluxanların sayı daha 39 160 nəfər artaraq, 8 873 655 nəfərə yüksəlib.

Bu barədə Femida.az TASS agentliyinə istinadən xəbər verir. Gün ərzində Rusiyada koronavirusa yoluxmuş daha 32 036 nəfər sağalıb və bu baxımdan ümumi say 7 619 596 nəfərə çatıb.

COVID-19-a yoluxmuş 1 211 nəfər dünyasını dəyişib. Pandemiya baş qaldırandan indiyədək Rusiyada koronavirus səbəbindən ölənlərin ümumi sayı 249 215 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #Rusiya   #Koronavirus    

Oxunub: 308