FHN hava ilə bağlı əhaliyə müraciət edib
13:12 10 Noyabr 2021
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.
Femida.az -ın məlumatına görə, müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 10-u günün ikinci yarısından başlayaraq noyabrın 12-dək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit və yağıntılı keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Xüsusilə, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü külək zamanı baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir. Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!".
Femida.az
Oxunub: 826
Oxşar xəbərlər
- Baş Prokurorluq: "FHN əməkdaşlarının intim videolarının yayılması ilə bağlı araşdırmalara başlanılıb"
- FHN uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
- FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN: Sel və daşqın təhlükəli ərazilərdən uzaq durun
- FHN-in səlahiyyətlərinə dəyişikliklə bağlı qanun layihəsi hazırlanır
- Sumqayıtda yanğının söndürülməsinə FHN-in mülki müdafiə qoşunları, helikopterlər cəlb edilib
- FHN Sumqayıtdakı yanğınla bağlı görüntülər yaydı - FOTOLAR+VİDEO
- FHN: "Maqsudlu su kanalının 80 faizi minalardan təmizlənib"
- FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
- FHN Oğuzda baş verən meşə yanğını ilə bağlı məlumat yayıb