Nazirlik təhlükəli hava ilə bağlı xəbərdarlıq etdi


14:35     10 Noyabr 2021 2021/11/E4024FDD-1502-4CDB-A3BF-F3900ED825BB_1636539583.jpeg

ETSN təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq yayıb.

Nazirlikdən Femida.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u günün ikinci yarısından 12-dək hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Noyabrın 10-u axşamdan 11-i gündüzədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi 18-23 m/s, arabir 27-32 m/s, 10-da axşam, 11-də gecə və səhər yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək güclənəcək.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 11-də 5-10° aşağı enəcəyi, 9° isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim hava şəraitindən sonra noyabrın 10-u axşam şimal və qərb rayonlarından başlayaraq 12-si səhərədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s, ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcək. Havanın temperaturu 11-də ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.

Femida.az

Açar sözlər: #Hava    

Oxunub: 627