Məhkəmə xəstə anasını boğaraq öldürən qadınla bağlı qərar çıxarıb


15:32     10 Noyabr 2021 1398947325_mehkeme.jpg

Şəki Apellyasiya Məhkəməsində Mingəçevirdə anasını boğaraq öldürməkdə təqsirləndirilən Sədaqət Əsgərovanın barəsində olan apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Femida.az
Qərara əsasən, S.Əsgərovanın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2020-ci il oktyabrın 9-da Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü S.Əsgərova anası, 1936-cı il təvəllüdlü Bənövşə Ələkbərovanı qətlə yetirib.

İstintaqla müəyyən edilib ki, zərərçəkmişin qızı S.Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

S.Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, S.Əsgərova 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Açar sözlər:

Oxunub: 595