Ceyhun Bayramov Fransa Prezidentinin diplomatik müşaviri ilə görüşüb


19:40     10 Noyabr 2021 21_11_10_1636558869.jpg

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Fransa Prezidentinin diplomatik müşaviri Emmanuel Bon ilə görüşüb.

XİN-dən Femida.az-a verilən məlumata görə, görüşdə post-münaqişə mərhələsində bölgədə mövcud olan cari vəziyyət və yeni reallıqlar ətrafında fikir mübadiləsi aparılıb.

C.Bayramov qarşı tərəfə post-münaqişə fazasına aid məsələlər-azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi, dağıdılmış ərazilərimizin bərpa edilməsi, regionda kommunikasiyaların açılması, Ermənistanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsi, Ermənistanla Azərbaycan arasında beynəlxalq hüququn norma və prinsipləri əsasında münasibətlərin normallaşdırılması, Azərbaycan tərəfindən bu istiqamətdə birtərəfli qaydada həyata keçirilən tədbirlər haqqında məlumat verib. Azərbaycanın bölgədə uzunmüddətli sülh və əmin-amanlığın təmin olunmasına tərəfdar olduğu vurğulanıb.

Görüşdə həmçinin Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin cari vəziyyəti müzakirə edilib. Tərəflər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və siyasi dialoqun aktivləşməsinə hazır və maraq olduqlarını ifadə ediblər.

Açar sözlər:

Oxunub: 408