Goranboyda karantin qaydalarını pozan toy sahibləri cərimələnib


20:14     10 Noyabr 2021 21_11_10_1636560216.jpg

Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayonun Balakürd, Tapqaraqoyunlu kəndlərində və Yeni Veyisli qəsəbəsində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Araşdırmalar zamanı məlum olub ki, hər 3 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.

Açar sözlər:

Oxunub: 310