Rusiyanın səhiyyə naziri COVID-19-un yeni ştamı ilə bağlı xəbərdarlıq edib


21:12     10 Noyabr 2021 21_11_10_1636561800.jpg

“COVID-19-un yeni mutasiyası əvvəlkilərdən daha aqressivdir və daha sürətli yayılır”.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın səhiyyə naziri Mixail Muraşko deyib.

“Əhali arasında ağırlaşma halları daha çoxdur. Ona görə də tibbi xidmət sistemi müəyyən dəyişikliklərə məruz qalır”, - deyə o bildirib.

M.Muraşko xəstəlikdən qorunmağın ən yaxşı yolunun peyvənd olduğunu söyləyib: "Ağırlaşmalar arasında vaksin olunanlar 0,03 faizdən azdır".

Qeyd edək ki, indiyədək Rusiyada əhalinin 52 faizi peyyvəndlənib.

Açar sözlər:

Oxunub: 380