Maşın yolu keçən piyadanı vurub öldürdü


14:46     11 Noyabr 2021 2021/11/56E06D89-7E9A-4A1E-AA31-558C9BF7D5D6_1636627998.jpeg

Abşeron rayonunda yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Femida.az -a bildirilib ki, noyabrın 10-u saat 22 radələrində rayonun Masazır qəsəbəsi Ə.Vahid küçəsində qəsəbə sakini İ.İbadov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən Xırdalan şəhər sakini Zamin Cəbrayılovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər: #DYP   #Qəza    

Oxunub: 465