Güclü küləyin Milli Məclisə vurduğu ziyanla bağlı açıqlama


16:02     11 Noyabr 2021 21_11_11_1636632183.jpg

“Bakıda əsən güclü külək nəticəsində Milli Məclisin binasının 6 üzlüyü qopub”.

Bunu Femida.az-a açıqlamasında Milli Məclisin İşlər müdiri Firudin Hacıyev deyib.

O bildirib ki, binanın fasadı bərpa olunacaq: “Hazırda küləkli hava şəraiti davam edir. Hava şəraiti normallaşandan sonra binanın qopan üzlükləri bərpa ediləcək. Bu, təbii bir hadisədir. Hazırda küləyin binaya vurduğu ziyanın qiymətləndirilməsi ilə bağlı işlər görülür”.

Açar sözlər:

Oxunub: 457