Peşə məktəblərinin tələbələrinin təqaüdləri artırılıb
17:11 11 Noyabr 2021
Prezident İlham Əliyev “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə
sərəncam imzalayıb.
Femida.az -ın məlumatına görə, sərəncama "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamında dəyişikliklər edilib.
Dəyişikliyə əsasən, peşə təhsili müəssisələrində akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə 75 manat, akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə 60 manat, akademik göstəriciləri “3” - “5” (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə 50 manat təqaüd veriləcək.
Eyni zamanda dəyişikliyə görə dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlər Azərbaycan Respublikasının ali təhsil və orta ixtisas təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində əyani təhsil alan tələbələrə, ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə, peşə təhsili müəssisələrində əyani təhsil alan tələbələrə isə aralıq qiymətləndirmə nəticələrinə görə müəyyən edilmiş məbləğlərdə ödənilir.
Oxunub: 445
Oxşar xəbərlər
- Peşə hazırlığına cəlb olunan şəxslərə təqaüd veriləcək
- Peşə təhsili pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası dəyişib
- Peşə təhsili pilləsinə elektron tələbə qəbulunun nəticələri açıqlanıb
- Peşə liseyi direktorunun cinayət işi məhkəməyə göndərilib
- Peşə təhsili müəssisələrinin vəzifəli şəxsləri məsuliyyətə cəlb olundu
- Peşə məktəblərində oxuyanların 88 faizi əyani təhsil ala biləcək
- Peşə təhsili alanlar ixtisas dərslikləri ilə təmin ediləcək
- Peşə dərslərinin sabaha olan CƏDVƏLİ
- Peşə təhsilinə göstərilən qayğı insan kapitalına qoyulan investisiyadır
- Peşə təhsili müəssisələrində işləyənlər attestasiyadan keçiriləcək