Məhkəmə koronavirus xəstəsini cərimələyib
18:59 11 Noyabr 2021
Goranboy Rayon Məhkəməsində sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasında təqsirləndirilən B.Ağayevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Femida.az -ın xəbərinə görə, sonuncu məhkəmə prosesində qərar elan olunub.
Qərara əsasən, B.Ağayeva 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
O, hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. Gəncə Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirib.
Belə ki, məhkəmə B.Ağayevanın 2 500 manat məbləğində cərimə edilməsi barədə qərar çıxarıb.
Qeyd edək ki, 2020-ci ilin dekabr ayında Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan B.Ağayevanın ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.
Polis əməkdaşları dərhal onun rayon ərazisində yerini müəyyən edərək yaşadığı evə göndərib.
Faktlarla bağlı RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Oxunub: 454
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib