Putinin demokratiya barədə düşüncələri Baydenin təqdimatında


09:28     12 Noyabr 2021 2021/11/5B4F143A-2812-48BA-B339-EA596DA9B5B7_1636694309.png

Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Co Baydenə müasir dünyada demokratiyanın effektinə inanmadığını deyib, amma amerika demokratiyası uğur qazana bilər. Ağ evin mətbuat xidmətinin məlumatına görə, Co Bayden bunu Demokratlar partiyasının Milli komitəsi üçün vəsaitin toplanması zamanı videomüraciətdə açıqlayıb.

Femida.az rbc.ru portalına istinadən xəbər verir ki, ABŞ prezidenti yalnız Rusiya prezidentinin yox, Çinin sədri Si Cinpinin də belə düşündüyünü bildirib.

- Putin də, Si Cinpin da mənə dedilər ki, onların fikrincə, XXI əsrdə demokratiyalar işləyə bilməz, çünki konsensusa gəlinməsi üçün həddən çox vaxt tələb olunur; bax buna görə də avtokratiyalar qalib gələcək, - ABŞ prezidenti deyib.
Co Bayden onu da qeyd edib ki, bütün dünyanı “Həqiqətənmi Amerika qayıdıb” sualı maraqlandırdırır. Belə ki, yanvarın əvvəllərində Kapitoliyə hücum bu tezisi şübhə altına almışdı.

“Onlar amerika demokratiyasının uğur qazana biləcəyi ilə maraqlanırlar. ABŞ-da demokratiya buna qadirdir və bunu etməlidir, ölkənin iqtisadiyyatı isə koronavirus pandemiyasından sonra artıq bərpa olunur”, - Bayden vurğulayıb.

Femida.az

Açar sözlər: #Bayden   #Putin    

Oxunub: 497