Qarabağda xidmət edən bu şəxslərin maaşı artırılacaq
11:52 12 Noyabr 2021
“Azərbaycan işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışın həyata keçirilməsini prioritetlər sırasına daxil edib”.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təsil, Ailə, qadın və uşaq məsələri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında maliyyə naziri Samir Şərifov bildirib.
“İşğaldan azad edilmiş ərazilərdə yenidənqurma və bərpa işləri sürətli şəkildə həyata keçirilir”, - o deyib.
Bundan başqa, nazir əlavə edib ki, gələn ilin dövlət büdcəsi layihəsində müdafiə və təhlükəsizlik sahəsi üzrə ayrılan xərclər prioritet xərclər kimi təsnif edilib: “İşğaldan azad edilmiş ərazilərdə xidmət edən hüquq-mühafizə orqanlarının əməkdaşlarının əmək haqlarının artırılması nəzərdə tutulur. Müdafiə xərclərinin hesablanmasına hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması məsələsi də yer alıb”.
Femida.az
Oxunub: 494
Oxşar xəbərlər
- "Qarabağ"ın oyununa 300 bileti baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb
- Ərdoğan Qarabağdakı son vəziyyətdən danışıb
- Ermənilər dünən Qarabağda nə qədər itki verib? - Yeni rəqəmlər
- ABŞ Qarabağla bağlı narahatlığını bildirib
- "Qarabağ" bu gün ilk yoxlama oyununu keçirəcək
- Qarabağda iki su anbarı tikiləcək
- Rusiya vətəndaşı olan qadın Qarabağda itkin düşüb
- "Qarabağ" 9-cu dəfə Azərbaycan çempionu olub
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Latviya Qarabağdakı minatəmizləmə işlərinə dəstək verəcək