Qanunsuz yolla əldə etdikləri kömürü satan şəxslər cəzalandırılıb


20:17     12 Noyabr 2021 21_11_12_1636730367.jpg

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Masallı rayonu ərazisində Şöhrət Zeynalov və Cəbrayıl Cəfərova məxsus obyektlərdə, eyni zamanda “Ümid” marketdə qanunsuz yolla əldə olunmuş kömürün satıldığı müəyyən edilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov Femida.az-a bildirib ki, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 652