Cəlilabad və Ağcabədidə yanğın olub


10:25     13 Noyabr 2021 2021/11/467610DF-3430-4162-BDDA-1F22C64D9426_1636790542.png

Cəlilabad rayonunun Göytəpə şəhərində ümumi sahəsi 102 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (dərzi sexi, bərbərxana və telefon mağazası) ibarət tikilinin tavanı 60 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Ağcabədi rayonunda isə ümumi sahəsi 30 m² olan fin tipli evin yanar konstruksiyaları və içərisindəki əşyalar, bitişik ümumi sahəsi 49 m² olan birmərtəbəli evin qamışdan ibarət tavanı 10 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər: #Yanğın   #Fhn    

Oxunub: 518