Zəngilanda silah-sursat aşkar edilib
12:47 13 Noyabr 2021
İşğaldan azad edilmiş ərazilərdə polis əməkdaşları tərəfindən silah-sursatların aşkar edilməsi məqsədi ilə profilaktiki tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az -a verilən məlumata görə, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Ağakişilər kəndi ərazisində keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində meşəlik ərazidə düşmənin atıb qaçdığı xeyli silah-sursat aşkar ediblər.
Polis əməkdaşları 3 avtomat, 1 pulemyot, 89 qumbara və alışdırıcıları, 42 qumbaraatan mərmisi, 11 Qrad mərmisi, 16 daraq, 10 mindən artıq müxtəlif çaplı güllələr və digər döyüş sursatları götürərək aidiyyəti üzrə təhvil veriblər.
Femida.az
Oxunub: 544
Oxşar xəbərlər
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Zəngilan Beynəlxalq Hava Limanında sərhəd nəzarətinə hazırlıq görülür
- Zəngilanda 1 tondan çox çətənə məhv edilib
- "Tosu Zəngilanlı" haqqında gerçəklər ilk dəfə üzə çıxdı! Doğmaları elə şeylər danışdılar ki...
- “Tosu gecə durub dedi ki su ver, elə onda da...” – Tosu Zəngilanlının dəfnindən VİDEOREPORTAJ
- "Tosu Zəngilanlı" vəfat etdi
- Zəngilanda alternativ enerjinin istehsalı üçün süni göl yaradılır
- Prezident və xanımı Zəngilana səfər ediblər
- Prezident və xanımına Zəngilan şəhərinin Baş planı təqdim olunub
- DSX: Zəngilanda Ermənistanın təxribat-diversiya qrupunun üzvü saxlanılıb