COVID pasportsuz şəxslərə xidmət göstərən kafe sahibi cərimələndi


13:37     13 Noyabr 2021 2021/11/00C4058A-D74D-45F4-916B-797A193180CD_1636798007.png

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar keçirilən nəzarət-profilaktik tədbirlər zamanı şəhər ərazisində yerləşən “Bizim kafe” adlı qapalı obyektdə qaydaların pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az -a verilən məlumata görə, yoxlama zamanı kafedə COVID-19 pasportu olmadan müştəri qismində əyləşən şəxslər müəyyən edilib.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar obyekti işlədən Pərviz Qaracayevə xəbərdarlıq olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnib.


Femida.az

Açar sözlər: #Cərimə    

Oxunub: 489