Goranboyda naməlum şəxsə məxsus meyitin hissələri tapılıb


15:08     13 Noyabr 2021 21_11_13_1636801794.jpg

Noyabrın 13-ü saat 12 radələrində Goranboy rayonu Ballıqaya kəndi ərazisində naməlum şəxsə məxsus meyit fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Xocalı rayon prokurorluğuna məlumat daxil olub.

Xocalı rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyit fraqmentlərinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda meyitin şəxsiyyətinin və ölüm səbəbinin müəyyən edilməsi istiqamətində rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 414