Hindistanda hərbi karvana hücum olub, polkovnik və ailəsi öldürülüb


15:22     13 Noyabr 2021 21_11_13_1636801840.jpg

Hindistanın şimal-şərqindəki Manipur əyalətində hərbi quru qoşunların karvanına hücum olub.

Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Hücum nəticəsində quru qoşunlarının polkovniki, onun həyat yoldaşı və oğlu, həmçinin daha dörd hərbçi öldürülüb.

Hücumun baş verdiyi yer mühasirəyə alınıb. Ekstremistlərin axtarışı davam edir.

Açar sözlər:

Oxunub: 450