Niderlandda Nizamiyə həsr olunmuş kitab nəşr edilib


12:19     14 Noyabr 2021 2021/11/1732E443-99AA-402E-AD16-CA31BEEF1DF5_1636880874.png

Almaniyada yaşayan tanınmış yazıçı-publisist Orxan Arasın dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə həsr etdiyi kitab türk və niderland dillərində nəşr olunub.

Bu barədə Femida.az -a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Niderlandda fəaliyyət göstərən Hollandiya-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin dəstəyi ilə çap olunmuş kitabda qüdrətli söz ustadının həyat və fəaliyyəti haqqında məlumatlar və əsərləri yer alıb. Dərnəyin rəhbəri İlhan Aşkın bildirib ki, dekabrın 17-də Niderlandın nüfuzlu kitabxanalarının birində nəşrin təqdimat mərasimi keçiriləcək.

Xatırladaq ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib.

Femida.az

Açar sözlər: #Nizami-Gəncəvi    

Oxunub: 552